QƏNİZADƏ Çingiz Aşralı oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 80 saylı İmişli - Beyləqan seçki dairəsi
1957-ci il avqustun 1-də Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Rus və fransız dillərini bilir. 1974–1978-ci illərdə Ağdaş təmir-tikinti sahəsində fəhlə, rayon Daxili İşlər Şöbəsi yanında mühafizə bölməsində gözətçi işləmişdir. 1979-cu ildən Bakı Yanğından Mühafizə Cəmiyyətində təlimatçı, 1990-cı ildən Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili, 1992-ci ildən Bakı şəhərinin prokuroru, 1994-cü ildən «FDS» Azərbaycan–Türkiyə müştərək müəssisəsinin hüquqşünası vəzifələrində çalışmışdır. 1999-cu ildən Demokratiya və insan hüquqları komitəsinin sədridir. Bitərəfdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Danimarka, Finlandiya, İordaniya, Portuqaliya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU