ORUCOV Ayaz İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 81 saylı Beyləqan seçki dairəsi
1959-cu il yanvarın 1-də Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Mühəndis-iqtisad fakültəsini və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Avtomobil yolları fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. 1976-cı ildən Bakı Baş Tikinti İdarəsində fəhlə, 1985-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsinin «Yoltəmirtikinti» trestinin 6 №-li idarəsində yol ustası, iş icraçısı, sahə rəisi işləmişdir. 1989-cu ildən «Azərsənayequraşdırma» trestinin 2 №-li idarəsinin mühəndisi, baş mühəndisi, 1990-cı ildən Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Təmir İdarəsinin birinci dərəcəli mühəndisi, 1991-ci ildən «Naringi» kooperativinin sədri, 1992-ci ildən Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfatlararası Mənzil Layihə Birliyinin texniki komplektləşdirmə idarəsinin rəisi vəzifələrində çalışmışdır. 1994-cü ildən «Mil» korporasiyasının idarə heyətinin, 1996-cı ildən «Hidromaşservis» Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. 2007-ci ildən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Bolqarıstan, Finlandiya, İspaniya, Qazaxıstan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU