ABBAS Aqil Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 83 saylı Ağcabədi - Füzuli seçki dairəsi
1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. Lenin komsomolu, «Araz», «Dan ulduzu», «Qızıl qələm», «Qızıl kəlmə» mükafatları laureatıdır. 14 kitabın müəllifidir. Rus dilini bilir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləmişdir. 1977- ci ildən «Elm və həyat» jurnalının, 1987-ci ildən «Sovet kəndi» qəzetinin şöbə müdiri vəzifəsində çalışmışdır. 1990-cı ildən «Ədalət» qəzetinin baş redaktoru, 2005-ci ildən həmin qəzetin təsisçisidir. Bitərəfdir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Albaniya, Meksika, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU