İBRAHİMLİ Toğrul Əsəd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 21 saylı Binəqədi
1951-ci il noyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Azərbaycan Texniki Universitetinin avtomobil və avtomobil təsərrüfatı fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1996-cı il fevralın 18-də 21 №-li Binəqədi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvüdür. Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU