ORUC Zahid Məhərrəm oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 93 saylı Bərdə şəhər seçki dairəsi
1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1996–2000-ci illərdə Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Ana Vətən Partiyası sədrinin müavinidir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Belçika, Danimarka, Gürcüstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Ana Vətən Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU