ALIYEV Sahib Eyvaz oğlu
Dairə: 95 saylı Tərtər seçki dairəsi
1964-cü il yanvarın 2-də Ermənistan Respublikası Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və alman dillərini bilir.
1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Moskvada xüsusi müxbiri, şərhçisi, 1995–1998-ci illərdə baş redaktorun müavini, «Panorama», «Avrasiya» qəzetlərinin baş redaktoru, 1998-ci ildən ANS televiziya şirkətinin redaktoru, 2001-ci ildən «Mərkəz» qəzetinin baş redaktoru, 2003-cü ildən «Lider» televiziyasının redaktoru və siyasi icmalçısı olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri, 2006–2010-cu illərdə «Lider» televiziyasında analitik qrupun rəhbəri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Avstraliya, Belçika, Braziliya, Kanada, Niderland, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf