MƏMMƏDOVA Gülçöhrə Hüseyn qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 97 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsi
1953-cü il aprelin 23-də Ermənistan Respublikası Vedi rayonunun Vedi kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirmişdir. Memarlıq doktorudur. Əməkdar memardır. Fransa Respublikasının «Akademik Palma» ordeni ilə təltif edilmişdir. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, bir sıra digər akademiyaların üzvüdür. Rus dilini bilir. 1979-cu ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq konstruksiyaları kafedrasının assistenti, baş müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Avstriya, Bosniya- Herseqovina, Estoniya, Fransa, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avronest Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU