İBRAHİMQIZI Məlahət İbrahim qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 99 saylı Şəmkir kənd seçki dairəsi
1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur. Qadın hüquqlarına dair 5 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992–1998-ci illərdə baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, ABŞ, Qırğızıstan, Liviya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU