QURBANLI Mübariz Qəhrəman oğlu
Dairə: 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Rus dilini bilir.
1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin dosentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı komissiyanın sədridir. Azərbaycan – Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İran, Kanada, Küveyt parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası