RZAYEV Rövşən Şükür oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 4 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1982-ci ildən Bakı şəhərinin Oktyabr Rayon Məhkəməsində tərcüməçi, dəftərxana müdiri işləmişdir. 1986-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar şöbəsinin müfəttişi, Bakı Məişət Kondisionerləri İstehsalat Birliyi Texniki xidmət şöbəsinin kadrlar üzrə baş müfəttişi, 1990-cı ildən Nərimanov Rayon Məhkəməsinin məhkəmə icraçısı vəzifələrində çalışmışdır. 1994–2004-cü illərdə Bakı şəhər 41 saylı Dövlət notariat kontorunun dövlət notariusu olmuşdur. Bitərəfdir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir. Azərbaycan–Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Böyük Britaniya, Küveyt, Norveç, Özbəkistan, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU