HÜSEYNOVA Sevinc Əmirəhməd qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 103 saylı Gədəbəy seçki dairəsi
1970-ci il yanvarın 28-də Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Rus dilini bilir. 1992–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy Rayon Torpaq şöbəsində inspektor, Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini-şöbə müdiri işləmişdir. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində kollegiyanın məsul katibi, aparıcı məsləhətçi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Kanada, Qazaxıstan, Misir, Rusiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Subaydır
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU