PAŞAYEVA Qənirə Ələsgər qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 105 saylı Tovuz seçki dairəsi
1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Rus və ingilis dillərini bilir. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir. Bitərəfdir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Hindistan, İraq, Misir, Pakistan, Rumıniya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Subaydır.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU