İSMAYILOV İlyas Abbas oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 106 saylı Tovuz-Qazax- Ağstafa seçki dairəsi
1938-ci il martın 20-də Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə və Leninqrad Dövlət Universitetinin əyani aspiranturasını bitirmişdir. Hüquq elmləri doktorudur. 10 monoqrafiyanın və broşürün, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus dilini bilir. 1962–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə bölməsində kiçik elmi işçi olmuşdur. 1966-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1970-ci ildən Azərbaycan Respublikası prokurorunun köməkçisi, 1972-ci ildən Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin təlimatçısı işləmişdir. 1978-ci ildən Azərbaycan Respublikası prokurorunun müavini, 1985-ci ildən Azərbaycan Respublikasının prokuroru, 1990- cı ildən SSRİ Prokurorluğunda şöbə rəisi, 1992-ci ildən Azərbaycan Respublikasının ədliyyə naziri, 1996–1998-ci illərdə Ali Diplomatiya Kollecində Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışmışdır. Ədalət Partiyasının sədridir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Belçika, Latviya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Ədalət Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU