VƏLİYEV Əhməd Abdulkərim oğlu
Dairə: 107 saylı Qazax seçki dairəsi
1946-cı il noyabrın 29-da Qazax rayonunun Alpoud kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. 15-dən çox monoqrafiya və dərsliyin, 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
1966-cı ildən Bakı soyuducular zavodunda fəhlə, mühəndis, böyük mühəndis işləmişdir. 1970-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1990-cı ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru olmuşdur. 1995-ci ildən «Odlar Yurdu» Universitetinin yaradıcısı və təsisçisi, 1997-ci ildən isə həmin universitetin rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan–Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Gürcüstan, İrlandiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası