Aslanova Rəbiyyət Nurullah qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Fəlsəfə elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 4 kitabın və 80 məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1978-ci ildən Azərbaycan Dövlət Universitetində assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir. Azərbaycan–Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Braziliya, Malayziya, Mərakeş, Rusiya, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU