ATAYEV Hikmət İsmayil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 110 saylı Zaqatala seçki dairəsi
1953-cü il fevralın 4-də Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Belçika, Bosniya- Herseqovina, Finlandiya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU