ƏLİYEVA Kamilə Əliağa qızı
Dairə: 111 saylı Zaqatala-Balakən seçki dairəsi
1967-ci il iyunun 8-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biologiya elmləri doktoru, professordur. 1 monoqrafiyanın, 2 dərsliyin, 2 dərs vəsaitinin, 70-dən çox elmi məqalənin müəllifidir. Rus, ərəb, fransız və ingilis dillərini bilir.
1989-cu ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasının baş laborantı, Genetika və darvinizm kafedrasının laborantı, müəllimi, baş müəllimi, dosenti vəzifələrində çalışmışdır. 2007-ci ildən Bakı Dövlət Universitetinin professorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Litva, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası