ƏLİYEV Qulamhüseyn Surxay oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1958-ci il oktyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədridir. 1995-ci il noyabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU