FEYZİYEV Cavanşir Əyyub oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 115 saylı Şəki kənd ikinci seçki dairəsi
1963-cü il iyulun 12-də Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və ingilis dilləri fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 17 elmi məqalənin müəllifidir. Rus, ingilis və fransız dillərini bilir. 1988-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda müəllim, həmin institutun nəzdindəki «Linqvist» tədris-tərcümə mərkəzinin icraçı direktoru işləmişdir. 1994-cü ildən Belçikanın «Sərhədsiz həkimlər» beynəlxalq humanitar təşkilatının tərcüməçisi, 1995-ci ildən ABŞ-ın «Philip Morris» şirkətinin Qafqaz nümayəndəliyinin şöbə müdiri, 1998-ci ildən «Planet Ko Ltd» şirkətinin direktoru vəzifələrində çalışmışdır. 2003-cü ildən «Avromed» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Bitərəfdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Böyük Britaniya, Fransa, İsveçrə, Qətər, Macarıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU