HEYDƏROV Fəttah Səməd oğlu
Dairə: 116 saylı Qəbələ seçki dairəsi
1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Ali Partiya Məktəbini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavinidir. Rus dilini bilir.
1955-ci ildən Naxçıvan Muxtar Respublikasında kənd klubunun müdiri, kənd məktəbinin müəllimi işləmişdir. 1966-cı ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının əhaliyə məişət xidməti naziri olmuşdur. 1978-ci ildən Ordubad Rayon Partiya Komitəsinin, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsi sədrinin müavinidir. Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Avstriya, Böyük Britaniya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 5 övladı var
Partiya mənsubiyyəti: Bitərəf