NAXÇIVANLI Aqiyə Həbib qızı
Dairə: 117 saylı Oğuz-Qəbələ seçki dairəsi
1950-ci il martın 11-də Oğuz şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi elmlər doktorudur. 4 kitabın, 3 monoqrafiyanın, 40-dək elmi məqalənin müəllifidir. Əməkdar müəllimdir. «Əməkdə fərqlənməyə görə» medalı və «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.
1972-ci ildə Oğuz şəhərindəki 2 saylı orta məktəbdə müəllim işləmişdir. 1973-cü ildən Oğuz Rayon Komsomol Komitəsinin katibi, birinci katibi, 1977-ci ildən Azərbaycan LKGİ MK-nın şöbə müdiri, 1980-ci ildən NaxçıvanVilayət Partiya komitəsinin, 1983-cü ildən 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1986-cı ildən Bakı Ali Partiya Məktəbində baş müəllim, 1995-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent, kafedra müdiri, elmi katib, aspirantura şöbəsinin müdiri, Siyasi idarəetmə fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2005-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İspaniya, Monteneqro parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası