ƏLİYEV Bəxtiyar Həmzə oğlu
Dairə: 118 saylı Ağdam şəhər seçki dairəsi
1961-ci il martın 20-də Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 4 monoqrafiyanın, 13 kitabın və 132 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür.
1983–1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışmışdır. 1997- ci ildən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiridir.
Bitərəfdir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavinidir. Azərbaycan–İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İrlandiya, İsrail, İsveçrə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf