ŞAHVERDİYEV Astan Nuşiravan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi
1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini və Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. UNESCO-nun alternativ enerji mənbələri üzrə işçi qrupunun və idarəedici komitəsinin üzvüdür. 10 dərsliyin və monoqrafiyanın, 300-dən çox elmi məqalənin, o cümlədən İmpakt faktorlu jurnallarda dərc edilmiş 200 məqalənin müəllifidir. 2 ixtirası və 1 patenti vardır. İngilis və rus dillərini bilir. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunda laborant, baş laborant, mexanik, laboratoriya müdiri, dosent və professor vəzifələrində çalışmışdır. 2001-ci ildən Azərbaycan Texniki Universitetinin kafedra müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İordaniya, Niderland, Serbiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU