FƏRƏCOV Nazim Fərəc oğlu
Dairə: 121 saylı Laçın seçki dairəsi
1960-cı il martın 20-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. Rus dilini bilir.
1982-ci ildən Sumqayıtda təmir-tikinti sahəsində, sənaye malları ticarət idarəsində işləmişdir. 1988-ci ildən Sumqayıtda mağazada əmtəəşünas, 1995-ci ildən ticarət idarəsində direktor müavini, 1996-cı ildən İctimai İaşə Trestinin müdiri, 1998-ci ildən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə özəlləşdirmə şöbəsinin rəis müavini, rəisi, 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sumqayıt şöbəsinin müdiri, Xidmət müəssisələrini idarəetmə mərkəzinin baş direktoru əvəzi, 2007-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2009–2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Argentina, Bosniya- Herseqovina, İsveç, Portuqaliya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası