ABASOV Eldar Şamxal oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 24 saylı Birinci Nərimanov
1952-ci il aprelin 2-də Ermənistan Respublikası Qafan rayonunun Yuxarı Girətaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, professordur. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 24 N°-li Birinci Nərimanov seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU