QASIMOVA Flora Qasım qızı
Dairə: 122 saylı Xankəndi seçki dairəsi
1947-ci il dekabrın 27-də Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirmişdir. Rus və erməni dillərini bilir.
1965-ci ildən Xankəndi rayonunun Badara kənd orta məktəbində və Xankəndi şəhərinin 4 saylı orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Azərbaycan KP Stepanakert Şəhər Komitəsində təlimatçı, 1977-ci ildən Bakı şəhərinin orta məktəblərində müəllim, 1994–2010-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsində dəftərxana müdiri vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Gürcüstan, İsveç, Küveyt, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf