QURBANOV Cavid Qəmbər oğlu
Dairə: 123 saylı Kəlbəcər seçki dairəsi
1958-ci il sentyabrın 19-da Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti və yol maşınları avadanlıqları fakültəsini və «Təfəkkür» Universitetinin Dəmir yolu tikintisi və təsərrüfatı fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur. Bir sıra elmi əsərlərin müəllifidir. Rus dilini bilir.
1980-ci ildən «Azərdövlət» Layihə İnstitutunda xətçəkən, 1982-ci ildən «Azərnəqliyyat» Tikinti Trestinin avtobazasında növbətçi, mexanik, baş mexanik, rəis müavini, 1987-ci ildən Avtonəqliyyat kontorunun direktoru, 1992-ci ildən Avtomobil Nəqliyyatı Birliyinin baş direktoru, 1993-cü ildən «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti, «Avtoərzaqnəqliyyat» Birliyinin baş direktoru işləmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Dəmir Yolu Bakı bölməsinin şöbə rəisi, «Azərdəmiryoltikintiservis» İstehsalat Birliyinin rəisi, 2000-ci ildən «Azərdəmiryolservis» İstehsalat Birliyinin rəisi, yol rəisinin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» departamentinin rəisi vəzifələrində çalışmışdır. 2007-ci ildən Nəqliyyat Nazirliyinin «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan –Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Misir, Slovakiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası