HƏBİBBƏYLİ İsa Əkbər oğlu
Dairə: 2 saylı Şərur
1949cu il oktyabrın 16da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dilədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının və Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Ankara Universitetinin fəxri dostu adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 68 monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 500dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1971ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 1996–2013cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru olmuşdur. 2013cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitseprezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Məclis yanında Toponimiya komissiyasının sədridir. Belçika, Çin, Estoniya, İran, Qazaxıstan, Qətər, Türkmənistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası