NOVRUZOV Siyavuş Dünyamalı oğlu
Dairə: 5 saylı Şahbuz-Babək seçki dairəsi
1969cu il fevralın 17də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Qarabağ müharibəsi veteranıdır. Rus və ingilis dillərini bilir.
1990cı ildən «Əlincə» Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1999cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. AzərbaycanÇin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, İtaliya, Latviya, Mərakeş parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATOnun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası