ALLAHVERDİYEV Rafael Xanəli oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 25 saylı İkinci Nərimanov
1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistrdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. 1995-ci il noyabrın 12-də 25 №-li İkinci Nərimanov seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU