QAFAROV Kamaləddin Nəsrəddin oğlu
Dairə: 9 saylı Binəqədi ikinci seçki dairəsi
1976-cı il sentyabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir. Rus dilini bilir.
2005–2014-cü illərdə «Azəri Med» MMC-də operator, maliyyə müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi baş direktorunun müavinidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Braziliya, Gürcüstan, Latviya, Lüksemburq, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası