ƏLİYEV Rauf Asif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 13 saylı Xəzər-Pirallahı seçki dairəsi
1956-cı il mayın 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft və qaz quyularının qazılması fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Gimnastika Federasiyası icraiyyə komitələrinin üzvüdür. 1978-ci ildən Bakı Qaz İstehsalat İdarəsində böyük mühəndis işləmişdir. 1983-cü ildən Azərbaycan Dövlət Peşə Təhsili Komitəsi sədrinin köməkçisi, Xalq Təhsili Nazirliyinin idarə rəisi olmuşdur. 1991–1992-ci illərdə «İnbak» firması baş direktorunun müavini, 1994-cü ildən Azərbaycan Respublikası gənclər və idman nazirinin köməkçisi, nazirliyin işlər müdiri, 2000–2005-ci illərdə «Neftçi» idman-sağlamlıq mərkəzinin sədri vəzifələrində çalışmışdır. 2004-cü ildən AFFA-nın birinci vitse-prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, Kolumbiya, Koreya, Qırğızıstan, Tailand parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU