MUSTAFAZADƏ Aytən İnqlab qızı
Dairə: 16 saylı Yasamal ikinci seçki dairəsi
1968-ci il mayın 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Hüquq elmləri doktorudur. «Azərbaycan Respublikası Məhkəmə Təbabəti, Tibbi Hüquq və Etika Assosiasiyası» ictimai birliyinin təsisçisidir. Gürcüstan Milli Akademiyasının fəal üzvüdür. Onlarca elmi məqalənin müəllifidir. Fars, rus və ingilis dillərini bilir.
1991-ci ildən Bakı şəhərinin 193 saylı orta məktəbində müəllim işləmişdir. 1993-cü ildən Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi, şöbə müdiri, prorektoru, 2004-cü ildən Azərbaycan MEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, şöbə müdiri vəzifələrində çalışmışdır. 2009-cu ildən İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktorudur.
Bitərəfdir.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüdür. Estoniya, Finlandiya, Gürcüstan, İsrail, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf