VƏKİLOV Yusif Səməd oğlu
1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.
Bitərəfdir.
1995-ci il noyabrın 12-də 26 №-li Birinci Nəsimi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədridir.
Evlidir, 2 övladı var.