HƏSƏNOV Elşad Eldar oğlu
Dairə: 17 saylı Yasamal üçüncü seçki dairəsi
1976-cı il sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1997-ci ildən «Foton» məhdud məsuliyyətli müəssisəsinin direktoru, 2006-cı ildən «West Industries AZ» şirkətinin hüquqşünası, 2012–2015-ci illərdə «Kaspian Konsaltinq» auditor şirkətinin hüquqşünası vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Albaniya, Almaniya Federativ Respublikası, Avstriya, Çexiya, Əfqanıstan, İsveçrə, İtaliya, Litva, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf