MUSABƏYOV Rasim Nəsrəddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 18 saylı Nərimanov-Nizami seçki dairəsi
1951-ci il yanvarın 1-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, politologiya üzrə dosentdir. 300-dən çox kitabın, kitabçanın və elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1976–1982-ci illərdə ÜİLKGİ MK aparatının məsul işçisi olmuş, sonralar Moskvada Gənclər İnstitutunda baş müəllim, elmi tədqiqat laboratoriyasının müdiri işləmişdir. 1989-cu ildən Bakı Ali Partiya Məktəbində sosiologiya laboratoriyasının müdiri, 1990-cı ildən Azərbaycan KP Bakı Şəhər Komitəsinin İdeologiya şöbəsinin müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatında millətlərarası münasibətlər üzrə müşavir, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Sədrinin birinci müavininin müşaviri, 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun dosenti vəzifələrində çalışmışdır. 2000-ci ildən müstəqil politoloq kimi fəaliyyət göstərir. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Əfqanıstan, Gürcüstan, İsrail, Makedoniya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU