MƏMMƏDOV Hikmət Baba oğlu
Dairə: 19 saylı Nərimanov birinci seçki dairəsi
1966-cı il aprelin 17-də Ermənistan Respublikasının Amasiya rayonunun Göllü kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, professordur. Əməkdar jurnalistdir. Mahmud Kaşqari beynəlxalq mükafatı ilə təltif edilmişdir. Rus dilini bilir.
1986-cı ildən Bakı soyuducular zavodunda tornaçı, qaynaqçı, konstruktor işləmiş, 1993–1995-ci illərdə «Çinar» qəzetində müxbir, baş müxbir, 1995–1999- cu illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifələrində çalışmış, 1997–2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Analitik informasiya şöbəsinin rəisi, Mətbuat xidməti və analitik informasiya mərkəzinin rəhbəri, Ümumi şöbə müdirinin müavini-mətbuat xidməti və analitik informasiya sektorunun müdiri olmuşdur. 2003-cü ildən Bakı Dövlət Universiteti Politologiya və sosiologiya kafedrasının baş müəllimi, dosenti, professoru, 2008-ci ildən «Yeni Azərbaycan» qəzetinin baş redaktorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İnsan hüquqları komitəsinin üzvüdür. Bosniya və Herseqovina, Böyük Britaniya, Çin, Gürcüstan, İndoneziya, İspaniya, Koreya, Qırğızıstan, Malta, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası