ABDULLAYEV Rövnəq İbrahim oğlu
1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Rus dilini bilir.
1989-cu ildən «Neft Daşları» NQÇİ də, «28May» NQÇİ-də, «Xəzər dəniz neft qaz tikinti» Trestinin tikinti quraşdırma idarəsində mühəndis, şöbə rəisi, baş mühəndis işləmişdir. 1997-ci ildən «Xəzər dəniz neft qaz tikinti» Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı neft emalı zavodunun direktoru vəzifələrində çalışışdır. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir. 2004–2008-ci illərdə «Neftçi» Peşəkar Futbol Klubunun prezidenti olmuşdur. 2008-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Gürcüstan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.