VƏLİYEVA Sədaqət Süleyman qızı
Dairə: 25 saylı Nizami ikinci
1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus dilini bilir.
1976-cı ildən Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi klinikasında tibb bacısı, 1978-ci ildən 4 saylı klinik xəstəxanada həkim-interna işləmişdir. 1980-ci ildən 6 saylı vərəm xəstəxanasının həkimi, 1984-cü ildən baş həkimi, 1995-ci ildən Suraxanı Rayon Səhiyyə Şöbəsinin müdiri, 1996-cı ildən 1 saylı vərəm dispanserinin həkimi, 1997-ci ildən 6 saylı vərəm əleyhinə dispanserin baş həkimi, 2002-ci ildən Sabunçu Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2006-cı ildən 4 saylı vərəm əleyhinə dispanserin baş həkimidir.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədridir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Səhiyyə komitəsinin, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Hesablayıcı komissiyasının katibidir. Avstriya, Böyük Britaniya, Çexiya, Hindistan, Koreya, Qırğızıstan, Liviya, Slovakiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası