MUSTAFA Fazil Qəzənfər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 26 saylı Sabunçu birinci seçki dairəsi
1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 17 kitabın və onlarca elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992–1993- cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışmışdır. Böyük Quruluş Partiyasının sədridir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İnsan hüquqları komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belçika, Braziliya, İordaniya, İran, Kolumbiya, Latviya, Malayziya, Malta, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Böyük Quruluş Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU