TİMOŞENKO Vladimir Vasilyeviç

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 27 saylı İkinci Nəsimi
1942-ci il noyabrın 25-də Kiyev şəhərində anadan olmuşdur. Hərbi-Siyasi Akademiyanın hava hücumundan müdafiə fakültəsini bitirmişdir. İstefada olan general-mayordur. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 27 №-li İkinci Nəsimi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvüdür. 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU