CƏBRAYILOVA Dilarə Məmmədağa qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 27 saylı Sabunçu ikinci seçki dairəsi
1971-ci il iyunun 3-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Rus dilini bilir. 1996-cı ildən Bakı şəhəri Sabunçu rayonunun Nardaran kəndində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2012–2015-ci illərdə həmin kənddəki 295 saylı məktəbin direktoru vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Braziliya, İtaliya, Kanada, Qazaxıstan, Qətər, Litva, Polşa, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU