QULİYEV Eldar Allahyar oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 28 saylı Sabunçu üçüncü seçki dairəsi
1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Roma şəhərinin fəxri alimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının «Qızıl ulduz» medalı və Atatürk beynəlxalq mükafatı, BMT-nin «Avropa taclı xidmət» və «Avropa xidməti» ordenləri, Avropa Təbiət Elmləri Akademiyasının «Leybnis» ordeni, «Senator ulduzu» ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. 1973-cü ildən Ümumittifaq Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı, Bakı Şəhər Sənaye Malları Ticarəti İdarəsində əmtəəşünas, 1975-ci ildən həmin idarədə təsərrüfat hesablı univermağın direktoru, 1983-cü ildən ticarət idarəsinin direktor müavini, direktoru, 1987-ci ildən «Azərittifaq»ın Bakı Şəhər İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 1990-cı ildən «Azərittifaq»ın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. 1993-cü ildə «Azərittifaq»ın İdarə Heyətinin sədri seçilmişdir və indiyədək ictimai əsaslar ilə bu vəzifədə işləyir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur. Bitərəfdir. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavinidir. Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Xorvatiya, Polşa, Sloveniya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU