HACIYEV Şəmsəddin Hümmət oğlu
Dairə: 29 saylı Səbail seçki dairəsi
1950-ci il noyabrın 8-də Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 150-dən çox elmi əsərin müəllifidir. Rus və ingilis dillərini bilir.
1970-ci ildən Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri işləmişdir. 1981-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, həmkarlar ittifaqı komitəsinin sədri, 1989-cu ildən kafedra müdiri vəzifələrində çalışmışdır. 2004–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədridir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il dekabrın 2-dən 2015-ci il noyabrın 24-dək Milli Məclisin Elm və təhsil komitəsinə rəhbərlik etmişdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, İran, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası