MURADOV Fuad Rauf oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 34 saylı Xətai ikinci seçki dairəsi
1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının Ətraf mühit və neft sənayesi fakültəsini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir. 2001-ci ildən «ACEP» Azərbaycan Ekoloji Layihələr Mərkəzinin meneceri, 2002-ci ildən Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri, 2004-cü ildən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifələrində çalışmışdır. 2012-ci ildən «Böyük İpək Yolu» Beynəlxalq Gənclər İttifaqının sədridir. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Belçika, Böyük Britaniya, Fransa, Hindistan, Küveyt, Litva, Meksika parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU