ƏLİZADƏ Araz Məmməd Mübariz oğlu
Dairə: 35 saylı Xətai üçüncü seçki dairəsi
1951-ci il noyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Rus, fars, dari, tacik və Ukrayna dillərini bilir.
1975–1976-cı illərdə SSRİ Qaz Sənayesi Nazirliyində tərcüməçi işləmiş, 1977–1978-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda komsomol komitəsinin təlimatçısı, A.Zeynallı adına Bakı Musiqi Məktəbində komsomol komitəsinin katibi olmuşdur. 1979-cu ildən Ukrayna Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi, 1982-ci ildən Kiyev Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda müəllim, tərcüməçi, 1984-cü ildən Buryatiyada çıxan «Прибайкалец» qəzetinin xüsusi müxbiri, redaktoru vəzifələrində çalışmışdır. 1988-ci ildə Bakıda mədəniyyət və istirahət parkının təlimatçısı, direktor müavini, Bakı Asudə Vaxt Mərkəzinin direktoru, 1988–1990-cı illərdə MDS Sharg Barter Traiding Group QMBX-nin SSRİ üzrə tam səlahiyyətli nümayəndəsi, 1991-ci ildə Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü, 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuşdur.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Çexiya, Gürcüstan, Xorvatiya, Qazaxıstan, Latviya, Litva, Macarıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Sosial-Demokrat Partiyası