SEYİDOV Səməd Ismayıl oğlu
Dairə: 36 saylı Xətai dördüncü seçki dairəsi
1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. 100-dən çox elmi məqalənin, bir sıra dərsliklərin, dərs vəsaitlərinin və monoqrafiyaların müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1986-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda əmək fəaliyyətinə başlayaraq, burada müxtəlif vəzifələrdə çalışmışdır. 2000–2015-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin rektoru olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası