ELDAROV Ömər Həsən oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 28 saylı Səbail
1927-ci il dekabrın 21-də Dərbənd şəhərində anadan olmuşdur. Sankt-Peterburq şəhərində Rəngkarlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutunun heykəltəraşlıq fakültəsini bitirmişdir. Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Azərbaycanın xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatıdır. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 28 №-li Səbail seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU