KƏRİMZADƏ Pərvin Orxan qızı
Dairə: 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi
1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. İngilis və rus dillərini bilir.
1997–2009-cu illərdə Gəncə Dövlət Universitetində Ümumi tarix kafedrasının müəllimi, baş müəllimi, dosenti, 2009–2011-ci illərdə Tarix fakültəsi dekanının tədris işləri üzrə müavini vəzifələrində çalışmış, 2011–2013-cü illərdə Ümumi tarix kafedrasının müdiri olmuşdur. 2013-cü ildən həmin universitetin elm və innovasiyalar üzrə prorektorudur.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı sədrinin müavinidir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Gürcüstan, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Litva, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası