FƏTİYEV Xanlar Nuru oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi
1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Rus dilini bilir. 1988-ci ildən «Aztransqaz» İstehsalat Birliyinin 2 saylı mexanikləşdirilmiş kolonunda fəhlə, usta işləmişdir. 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elnur» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 2004–2011-ci illərdə Gəncə Avtomobil Zavodunun direktoru vəzifələrində çalışmışdır. Hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Bolqarıstan, Çexiya, Çin, İraq, Koreya, Makedoniya, Moldova, Sloveniya, Tailand parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU